“Başçı artıq kartlarımızı geri qaytarır” – Leriklilər Prezidentə təşəkkür etdibackend

“Başçı artıq kartlarımızı geri qaytarır” – Leriklilər Prezidentə təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.az-ın redaksiyasına bir qrup Lerik rayon sakini tərəfindən müraciət daxil olub. Müraciət müəllifləri Prezident İlham Əliyevə təşəkkür ediblər.

Müraciətdə deyilir:

Möhtərəm Prezident!

Ağstafa rayonunda keçirilən məlum əməliyyatdan sonra Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov vətəndaşlara məxsus kartların hamısını geri qaytarmağa başlayıb. Artıq sakinlər qaytarılan kartdan pullarını çıxarıb,öz ehtiyaclarına xərcləyirlər. Nəzərə alanda ki, bu gün onların qarşısında övlad böyütmək və onların maddi məsrəflərini qarşılamaq ağır məsuliyyət durub, bank kartlarının qaytarılması sözün əsl mənasında işimizə yarayıb.

Möhtərəm Prezident!

Sizə sonsuz təşəkkürümüzü bildirir və inanırıq ki, rayon sakinlərinin digər problemləri – rayon rəhbərliyi və şəxsən icra başçısı Rövşən Bağırov tərəfindən digər qanunsuzluqlar da aradan qaldırılacaq. Və nəhayət biz vəzifəyə öz şəxsi mülkü kimi baxan məmurların özbaşınalığından xilas olacağıq.

Möhtərəm Prezident!

Sizin rəhbərliyiniz altında ölkədə həyata keçirilən islahatlar prosesini dəstəkləyir və hər zaman sizin yanınızda olduğumuzu bildiririk. Çox sevinirik ki, hər bir Azərbaycan vətəndaşı bu islahatları öz gündəlik həyatında hiss edir.