Baş Qərargah: Rusiya işğalçılarının irəliləmə sürəti xeyli azalıbbackend

Baş Qərargah: Rusiya işğalçılarının irəliləmə sürəti xeyli azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xarkov, Sumı, Çerniqov və Kiyev vilayətlərində, rus işğalçıları tərəfindən müvəqqəti işğal edilmiş ərazilərdə yerli sakinlərə qarşı quldurluq və zorakılıq faktları geniş şəkildə qeydə alınır.
TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 06:00-a olan operativ məlumatında deyilir.
Müdafiə qüvvələrinin qruplaşması müəyyən xətlər üzrə Cənub, Şərq və Şimal əməliyyat zonalarında müdafiə əməliyyatını davam etdirir.
Severski istiqamətində Çerniqov şəhərinin qəhrəmancasına müdafiəsi davam edir.
Kiyev şəhərinin müdafiə qüvvələri xarici müdafiə xətti boyunca və əlavə olaraq müəyyən edilmiş ərazilərdə paytaxtın müdafiəsini davam etdirir.
Cənub əməliyyat zonasında dövlət sərhədi və dəniz sahili boyunca müdafiə əməliyyatı aparılır, Nikolayev şəhərətrafı ərazilərdə müdafiə döyüşləri aparılır.