Baş Prokurorluq polis ölümü ilə bağlı məlumat yayıbbackend

Baş Prokurorluq polis ölümü ilə bağlı məlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 10-da saat 02 radələrində 1998-ci il təvəllüdlü Cəbrayıl Rayon Polis Şöbəsinin polis serjantı Toğrul Mədətlinin meyitinin Xocavənd rayonunun Binə Dərəsi kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən  TİA.AZ-a bildirilib.

Araşdırmalarla müəyyən edilib ki, Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna getmiş və rayonun Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən ölüb.

Faktla bağlı hazırda Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.