Baş prokurordan kadr dəyişikliyi: Fərid Nağıyevə yeni vəzifə verildibackend

Baş prokurordan kadr dəyişikliyi: Fərid Nağıyevə yeni vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yeni Baş prokuror Kamran Əliyev növbəti kadr dəyişikliyi edib.  
 
TİA.AZ Bakupost-a istinadən xəbər verir ki, K.Əliyevin dünən imzaladığı əmrlə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə rəisi Fərid Nağıyev vəzifəsindən azad olunub.
İşdən çıxarılan rəis Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Bundan sonra Fərid Nağıyev qurumun İstintaq İdarəsinin rəis müavini vəzifəsini icra edəcək.