Baş prokuror və deputat yeni vəzifəyə seçilibbackend

Baş prokuror və deputat yeni vəzifəyə seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın bu gün keçirilən iclasında korrupsiya sahəsində beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.

TİA.AZ-ın məlumatına görə, Komissiyanın qərarı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi üzrə Milli Kordinator Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev seçilib.

Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) isə Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsi Milli Məclisin deputatı Kamal Cəfərova həvalə olunub.