Baş Prokuror maaşının azlığından şikayətləndi: “Dolana bilmirəm”backend

Baş Prokuror maaşının azlığından şikayətləndi: “Dolana bilmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Baş prokuroru İrina Venediktova “Ukrayna News”a verdiyi müsahibədə dolanışıq imkanının olmadığını deyib.

Qaynarinfo xəbər verir ki, gəlirləriylə bağlı suala cavab verərək Baş prokuror deyib ki, yaxın gələcəkdə dar gün üçün arxaya atdığı “təhlükəsizlik yastığı”ndan istifadə etmək lazım gələcək.

Venediktova “38 min qrivnalıq (təxminən 1.4 min dollar – MK)” bir maaşım var”, – sualın cavabında bildirib.

O, uşaq böyütdüyünü və baytar həkim tələb edən ev heyvanlarının olduğunu da qeyd edib.