Baş prokuror Dağlar Zeynalovu İŞDƏN ÇIXARDIbackend

Baş prokuror Dağlar Zeynalovu İŞDƏN ÇIXARDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş prokurorun köməkçisi Dağlar Zeynalov vəzifəsindən azad edilib.

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, D.Zeynalov prokurorluqda xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub.

Hələlik onun yerinə təyinat yoxdur.

Qurumun Mətbuat xidməti  faktı təsdiqləyib.

Qeyd edək ki, D.Zeynalov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsində çalışıb. O, daha əvvəl Mingəçevir və Sumqayıt şəhərlərinin prokuroru işləyib.

 

 Dağlar Zeynalov