Baş nazirin keçmiş müavini yeni obyekt tikdirir (FOTO)backend

Baş nazirin keçmiş müavini yeni obyekt tikdirir (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Baş nazirin keçmiş müavini yeni obyekt tikdirir
TİA.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, bir neçə ay bundan əvvəl baş nazirin müavini vəzifəsindən istefaya göndərilmiş Abid Şərifov Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində (keçmiş Radiozavodun yanında “Baku Elektroniks” mağazası ilə üzbəüzdə) üç mərtəbəli yeni obyekt tikdirir. Obyekti “Platek House” MMC inşa edir. Tikinti işləri iyunun sonunda başlanıb.
Məlumata görə, obyekt üç mərtəbəli olacaq. Burda sauna, fitness klub, restoran, ofis yerləşəcək. Hərəkətin intensiv oıduğu küçədə, yol kənarında tikilən bina avtomobillərin və piyadaların normal hərəkətinə mane olan yerdədir. Əraziyə yaxın yerdə yaşayan sakinlərdən birinin sözlərinə görə, burda ağaclara da zərər dəyib.