Baş nazir partiyasından qovuldubackend

Baş nazir partiyasından qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tunisin baş naziri Yusif Əl Şahidin Nida Tunis Partiyasına üzvlüyü ləğv edilib və sənədləri intizamn komitəsinə təqdim edilib.
TİA.AZ xəbər verir ki, ötən həftə parlamentin və Nida Tunis Partiyasının 8 üzvü millət vəkili vəzifəsindən istefa verib və “Milli Koalisiya”ya qatılıb. Millət vəkillərinə belə bir təklifin Yusif Əl Şahid tərəfindən edildiyi və onun hökümətdə qruplaşma yaratdığı iddia edilir.
Qeyd edək ki, prezident Baci Kaid Əl Sibsinin oğlu Hafiz Kaid Əl Sibsi ilə eyni partiyadan olan Yusif Əl Şahid arasında siyasi qarşıdurma olduğu bildirilir və bu fakt hökümətdə gərginliyə səbəb olur.