Baş komandan: “Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçir”backend

Baş komandan: “Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz düşməni dayandırmaqla yanaşı, ehtiyat hissələri müəyyən edilmiş əks-hücum istiqamətində yerləşdirmişik”.

TİA.AZ UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnıy feysbuk səhifəsində müharibənin 20 gününün yekunundan bəhs edərkən bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri bir neçə istiqamətdə əks-hücuma keçir: “Ukrayna Silahlı Qüvvələri qarşısına qoyulan tapşırığı icra edir. Ukrayna hərbçiləri itki verir. Ancaq bizim itkilər rəqibinkindən bir neçə dəfə azdır”.