Baş katib: “Belarus işğala yardım edir, NATO Ukraynanın yanındadır”backend

Baş katib: “Belarus işğala yardım edir, NATO Ukraynanın yanındadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin sülhü məhv etdi, Belarus da işğala yardım etdi. NATO Ukraynanın yanındadır”.

TİA.AZ xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib.

“Ötən həftədə Alyansımızın şərq cinahındakı mövcudluğumuzu gücləndirdik. Bizim müdafiə məsələsindəki öhdəliklərimiz mübahisəsizdir. NATO ərazilərini müdafiə etməyə davam edəcək”, – o vurğulayıb.

Yens Stoltenberqin sözlərinə görə, NATO Rusiya ilə savaşmaq istəmir:

“Problem xoşniyyətli diplomatik yollarla həll edilməlidir. Bütün dünya sülh üçün Ukraynanın yanındadır”.