Baş infeksionist reklama çəkilməsindən danışdı: “Zaurdan inciməmişəm”backend

Baş infeksionist reklama çəkilməsindən danışdı: “Zaurdan inciməmişəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın baş infeksionisti Cəlal İsayev reklama çəkilməsinin sosial şəbəkədə birmənalı qarşılanmamasına münasibət bildirib.

C.İsayev “Report”a açıqlamasında Azərbaycanda koronavirus pandemiyası təhlükəsi başlayan gündən bu yana cəmiyyətə daim məlumat xarakterli informasiyalar verdiyini bildirib.

O qeyd edib ki, həkimin reklamda çəkilməməsi ilə bağlı stereotipləri qırmaq lazımdır:

“Axı niyə reklama çəkilə bilmərik?! Bəlkə hansısa dost və ya tanış xahiş edib gedib reklama çəkilmişəm? Onu da qeyd edim ki, həmin reklam maarifləndirici xarakter daşıyır. Birdəfəlik kağız dəsmallarından istifadə olunması tövsiyə olunub. Misal olaraq, vanna otağında asılan dəsmalların üzərinə çox sayda toz yığılır və hər dəfə də yuyulub yenidən istifadə edir. Birdəfəlik kağız dəsmallarından istifadə edib tullamaq gigiyena baxımından da məsləhətlidir. Eyni zamanda Azərbaycan istehsalı məhsulun reklamının nəyi pisdir?! Burada cinayət əməli yoxdur. Bu sahədə reklamı gərək ayrı sahənin adamı eləsin?”.

Mütəxəssis onun reklama çəkilməsini qınaq obyektinə çevirən aparıcı Zaur Baxşəliyevdən incimədiyini də deyib:

“Dəfələrlə onun verilişində iştirak etmişəm. Ola bilər ki, Zaurun apardığım təbliğat işlərindən xəbəri olmasın. Amma mətbuat nümayəndələrinin çoxu mənim fəaliyyətim barədə kifayət qədər məlumatı var”.