Tribuna İnformasiya Agentliyi

Baş allerqoloq: “Əhalinin 5-8 faizində bronxial astma müşahidə olunur”

13 Aprel

“Bronxial astma – ağciyər tənəffüs yollarının iltihabı-allergik xəstəliyi Azərbaycanda geniş yayılıb. Azərbaycan əhalisinin 5-8 faizində bronxial astma xəstəliyi müşahidə olunur”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov deyib.

Baş allerqoloq bildirib ki, rütubət olan regionlarda bronxial astma daha çox yayılır: “Çünki rütubət olan evlərdə xəstəliyi törədən ev gənələrinin çoxalması genişlənir”.

Onun sözlərinə görə, mart ayından may ayının sonuna kimi bəzi insanlarda allergik xəstəliklər daha çox əmələ gəlir: “Bu, yazda ağacların çiçəklənməsi ilə bağlıdır. Əksər insanlar bunu qripə bənzədirlər. Buna görə də düzgün müalicə vacibdir”.