Tribuna İnformasiya Agentliyi

“Barselona” üçün ŞOK, “Liverpul” yarımfinalda! – VİDEO – FOTO

11 Aprel

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşdi. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 1/4 finalın cavab oyunları çərçivəsindəki ilk qarşılaşmalar İtaliya və İngiltərədə baş tutdu.

Hər iki matçda meydan sahibi olan komanda 3 topluq fərqi aradan qaldırmağa çalışırdı. “Roma”nın “Barselona” ilə görüşdə möcüzə etməsi inandırıcı sayılmırdı.

Düzdü, “Mançester Siti”nin də “Liverpul”u keçməsinə yalnız komandanın sadiq azarkeşləri inanırdı. Çünki yarışın beşqat qalibi ilə görüşdə bu fərqi aradan qaldırmaq mümkünsüz olmasa da, çox çətin idi.

Qeyd edək ki, 1/4 finalın digər iki cavab oyunu sabah keçiriləcək.

Çempionlar Liqası

1/4 final (cavab oyunları)

10 aprel

“Roma” (İtaliya) – “Barselona” (İspaniya) – 3:0

Qollar: Ceko, 6, De Rossi, 58 (pen.), Manolas, 82

Baş hakim: Klemen Turpin (Fransa)

Roma. Olimpiya Stadionu

İlk oyun – 1:4

“Roma”: 1. Alisson Bekker, 4. Racca Naynqolan, 5. Juan Jesus, 6. Kevin Strootman, 9. Edin Ceko, 11. Aleksandr Kolarov, 14. Ptrik Şik, 16. Daniele De Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas

“Barselona”: 1. Mark-Andre Ter Ştegen, 2. Nelson Semedo, 3. Cererd Pike, 4. İvan Rakitiç, 5. Serxio Buskets, 8. Andres İnyesta, 9. Luis Suarez, 10. Lionel Messi, 18. Xordi Alba, 20. Serxio Roberto, 23. Samuel Umtiti

“Mançester Siti” (İngiltərə) – “Liverpul” (İngiltərə) – 1:2

Qollar: Qabriel Jesus, 2 – Salah, 57, Firmino, 76

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

Mançester. Şəhər stadionu

İlk oyun – 0:3

“Mançester Siti”: 31. Ederson, 2. Kayl Uollker, 7. Rahim Sterlinq, 14. Aymerik Laporte, 17. Kevin de Brün, 19. Leroy Sane, 20. Bernardo Silva, 21. David Silva, 25. Fernandinyo, 30. Nikolas Otamendi, 33. Qabriel Jesus

“Liverpul”: 1. Lloris Karius, 4. Vircil van Diyk, 5. Corcinyo Uaynaldum, 6. Deyan Lovren, 7. Ceyms Milner, 9. Roberto Firimino, 11. Mohammed Salah, 19. Sadio Mane, 21. Oksleyd Çemberleyn, 26. Endi Robertson, 66. Aleksandr Arnold