“Barselona” “Qalatasaray”la bacarmadıbackend

“Barselona” “Qalatasaray”la bacarmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa Liqasında 1/8 final mərhələsinin oyunları keçirilib.
TİA.AZ xəbər verir ki, ikinci oyun günündə 5 qarşılaşma baş tutub.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” “Barselona”nın qonağı olub. Görüş 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya “Leyptsiq”i 1/4 finala birbaşa vəsiqə qazanıb.
Xatırladaq ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.
Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar
10 mart
“Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə) 1:0
Qol: Munir, 60.
“Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya) 3:0
Qollar: Tavernye, 11, Morelos, 15, Baloqun, 51.
“Braqa” (Portuqaliya) – “Monako” (Fransa) 2:0
Qollar: Ruis, 3, Karvalyu Oliveyra, 89.
“Atalanta” (İtaliya) – “Bayer Leverkuzen” (Almaniya) 3:2
Qollar: Malinovskiy, 23, Muryel, 25, 49 – Aranqis, 11, Diabi, 63.
“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə) 0:0