“Barselona”nın Luis Suareslə bağlı planı məlum olubbackend

“Barselona”nın Luis Suareslə bağlı planı məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın hücumçusu Luis Suares mövsümün sonuna kimi komandada qala bilər.

Tia.az-ın məlumatına görə, bu barədə ESPN bildirib.

Məlumatına görə, uruqvaylı son mövsüm də daxil olmaqla, hətta əgər başqa kluba gedəcəyi təqdirdə müqavilə üzrə bütün məbləğin ödənilməsində təkid edir. Bu halda Katalon klubu hücumçuya pul ödəmək niyyətində deyil, lakin onu simvolik məbləğ üçün Turin “Yuventus”una göndərməyə hazırdır.

Qeyd edilir ki, komanda onu müqavilənin sonuna kimi buraxmaya bilər.

Suares 2014-cü ildən “Barselona”da çıxış edir. O, ötən mövsümdə 36 matçda iştirak edərək, 21 qol vurub və 12 məhsuldar ötürmə edib.