“Barselona” Lionel Messiyə yeni müqavilə təklif etdibackend

“Barselona” Lionel Messiyə yeni müqavilə təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İspaniyanın “Barselona” futbol klubu forvard Lionel Messiyə müqavilənin uzadılması ilə bağlı son təklifini verib. 
TİA.AZ xəbər verir ki, bu barədə “La Porteria” qəzeti məlumat yayıb.
Bildirilir ki, argentinalı hücumçu artıq vida konfransı keçirib və çox güman ki, Paris Sen-Jermenlə müqavilə imzalayacaq, buna baxmayaraq, katalonlar ulduz futbolçunu saxlamaq istəyirlər.
Messinin agenti ilə danışıqlara komandanın baş direktoru Ferran Reverter rəhbərlik edir.
Xatırladaq ki, forvard 2000-ci ildən “Barselona”nın tərkibindədir. Argentinalı futbolçu 2003-cü ildə komandanın heyətində debüt edib. Camp Nou-da 34 yaşlı argentinalı 10 İspaniya çempionu, 7 Kubok və 8 İspaniya Superkubokunu qazanıb və dörd Çempionlar Liqası titulunu əldə edib. Messi altı dəfə Ballon d’Or qazanıb.