Tribuna İnformasiya Agentliyi

“Barselona” bir ildən sonra İspaniya La Liqasında qol vura bilməyib

11 Fevral

İspaniyanın “Barselona” klubunun La Liqadakı 37 oyunluq qol seriyası qırılıb.

“Report”un məlumatına görə, Kataloniya təmsilçisi XXIII turda “Atletik”lə səfərdə heç-heçə edib – 0:0. “Barsa” sonuncu dəfə 11 fevral 2018-ci ildə qol vura bilməyib. Bu, “Xetafe” ilə görüşə təsadüf edib – 0:0.

Heç-heçəyə baxmayaraq, Ernesto Valverdenin baş məşqçi olduğu kollektiv La Liqada liderdir. 23 oyundan 51 xala malik ən yaxın izləyicisi “Real Madrid”i 6 xal geridə qoyur.