Tribuna İnformasiya Agentliyi

“Barış bulağı” əməliyyatı: Zərərsizləşdirilən terrorçuların sayı 637-ə çatdı

16 Oktyabr

Fərat çayının şərqində davam edən “Barış pınarı” əməliyyatlarında zərərsizləşdirilən PKK/YPG terrorçularının sayı 637-yə çatıb.

TİA.AZ  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 9-dan etibarən Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində PKK/PYD-YPG terrorçularına qarşı “Barış pınarı” adlı antiterror əməliyyatı keçirir.