Banqladeşin ilk prezidentinin qatili edam olundu – FOTObackend

Banqladeşin ilk prezidentinin qatili edam olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeşin ilk prezidenti Mudjibur Rəhmanın qatillərindən biri Əbdül Madjed şənbədən bazar gününə keçən gecə asılıb.

“Report”un məlumatına görə, bu barədə ədliyyə naziri ölkənin Anisula Haka istinadən “Bangladesh Sangbad Sangstha” agentliyi bildirib.

Ölkədə Rəhmanın ölümü ilə nəticələnən hərbi çevrilişdə iştirak etmiş zabitlər 1998-ci ildə ölüm cəzasına məhkum ediliblər. Onlardan beşi 2009-cu ildə edam olunub. Aprelin 8-də AFP agentliyi 45 illik axtarışdan sonra Madjedin həbsi haqqında məlumat verib.

Prezident Rəhman 1975-ci ilin 15 avqustunda Dəkkədəki iqamətgahında arvadı, üç oğlu, yaxın qohumları da daxil olmaqla, 20-yə yaxın şəxslə birlikdə öldürülüb. Ailənin həmin vaxt AFR-də olmuş iki qızı sağ qalıb. Onlardan biri Banqladeşin baş naziri Şeyx Hasinədir.