Tribuna İnformasiya Agentliyi

Banklarda dollar sürətlə ucuzlaşır: alış 1,60 AZN-ə düşdü

10 Aprel

Banklarda Dolların ucuzlaşması davam edir.  
 
Banklarda Dolların ucuzlaşması davam edir.
 
“Marja”nın məlumatına görə, bu gün Bank Respublika Dolların alışını 1.60 manata, satışını isə 1.65 manata salıb.
 
Ötən həftənin sonunda Bank Respublika 1 Dolları 1.61 manata alıb, 1.70 manata satırdı. Ümumiyyətlə, ötən həftə banklarda Dolların alış qiyməti 1.61 manatadək, satış qiyməti isə 1.6720 manatadək düşmüşdü.
 
Digər banklarda Dolların düşəcəyi gözlənilir.
 
Günay Bank Dolların satış qiymətini 1.6750 manatdan 1.6680 manata, Bank BTB alışı 1.64 manatdan 1.62 manata, AtaBank alışı 1.6450 manatdan 1.63 manata salıb.