Tribuna İnformasiya Agentliyi

Banklara xəbərdarlıq məktubu göndərilib

04 Noyabr

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu yaxınlarda Azərbaycanın kommersiya banklarına valyuta alqı-

satqısında tətbiq olunan marja ilə bağlı xəbərdarlıq məktubu göndərib. 

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu yaxınlarda Azərbaycanın kommersiya banklarına valyuta alqı-

satqısında tətbiq olunan marja ilə bağlı xəbərdarlıq məktubu göndərib.

TİA.AZ xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

“Bu məsələ ilə bağlı, həmçinin bank rəhbərləri ilə görüş keçirilib. Biz bəyan etmişik ki, hər hansı bank indiki həssas zamanda valyuta mübadiləsi əməliyyatlarının aparılması zamanı qanunvericiliyin tələbini pozarsa, tənzimləyici olaraq ən ciddi tədbirləri görəcəyik. Banklar ayda bir dəfə bizə hesabat verir və həmin hesabat əsasında onların vəziyyətini qiymətləndiririk. Amma əgər hər hansı bank, onun filialı, şöbəsi qanunu pozarsa, dərhal tədbir görürük. Bunun üçün bizə sadəcə müraciət etmək lazımdır və həmin müraciətlər əsasında lazımi addımlar atılır”-deyə, o əlavə edib.

Rüfət Aslanlı, eyni zamanda ölkədə daha bir kommersiya bankının bağlanacağı ilə bağlı mətbuatda dərc edilən yazılara da münasibət bildirib: “Hazırda hər hansı bankın bağlanması məsələsi gündəmdə deyil. Əsas məqsədimiz yalnız bankların dayanıqlılığının təmin edilməsidir. Hazırda digər banklarla bağlı ciddi problem yoxdur”.