Tribuna İnformasiya Agentliyi

Banklar üzümüzə nə qədər açıqdır? – CƏDVƏL

16 Mart

Ötən həftə universitetlərin rəsmi saytları ilə bağlı apardığımız monitorinq kifayət qədər oxucu marağına səbəb olub.

Cebhe.info saytı bunu nəzərə alaraq monitorinqi mütəmadi olaraq davam etdirməyi qərara alıb. Bu dəfəki hədəfimiz banklardır.

Sözsüz ki, son zamanların ən aktual məsələsi problemli kreditlərin həlli ilə bağlı Prezidentin imzaladığı Fərmandır. Əhali arasında müəyyən narahatlıq və bilgisizlik var. Ölkə vətəndaşları banklarla bağlı istədikləri məlumatları rahat əldə edə bilirlərmi? Ümumiyyətlə, bankların ictimaiyyətlə əlaqələr departamenti varmı? Varsa, necə fəaliyyət göstərir? Gəlin, birgə öyrənək!

Hazırda Azərbaycan 30 kommersiya bankı fəaliyyət göstərir. Onlardan 23-ü yerli müəssisə, 7-i isə xarici dövlətlərə məxsusdur. Bankların internet portalları haqda geniş araşdırma apardıq. Nəticəni sizə cədvəl şəklində təqdim edirik:

Qeyd 1: Ə.V – Əlaqə vasitələrinin sayı, D.S – Neçə dildə fəalliyət göstərdiyi, P.K.B.K – Problemli kreditlərlə bağlı kalkulyatorun olub-olmaması, M.X – Mətbuat xidməti ilə əlaqə vasitələrin olub-olmaması, X.S – Təklif etdilən xidmətin sayı, Dizayn – Saytın görnüşü ilə bağlı qiymətləndirmə deməkdir.

Qeyd 2: Dizayndan başqa bütün göstərdiyimiz rəqəmlər bankların özlərinin təklif etdiyi xidmətlərin sayı ilə eynidir.

Qeyd 3: Əlaqə vasitələri sayı dedikdə qısa nömrə, məlumat mərkəzi, faks, elektron ünvanın, onlayn müraciət,şikayət mərkəzi, mobil əlaqə kimi məlumatların olmaması nəzərdə tutulur.