Tribuna İnformasiya Agentliyi

“Bank VTB Azərbaycan” 250 milyon manat zərərdə

31 İyul

“Bank VTB Azərbaycan” bu ilin I yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb. Tia.az hesabata istinadən xəbər verirki, Bank yarımili 250,371 milyon manat zərərlə başa vurub. Halbuki, ötən ilin eyni dövründən 3,092 milyon manat xalis mənfəət əldə etmişdi.

6 ay ərzində “Bank VTB Azərbaycan”ın faiz gəlirləri 3,727 milyon manat, faiz xərcləri 6,792 milyon manat, qeyri-faizzərəri 4,519 milyon manat, qeyri-faiz xərcləri 8,498 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 237,289 milyon manat təşkil edib.

Bu il iyulun 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 125,207 milyon manat olub ki, bu da illik müqayisədə 69,1% azdır. Bunun 61,558 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 78,9% kiçilib.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 80,85% azalaraq 70,163 milyon manata düşüb. Bunun 52,479 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozit portfeli 44,9% böyüyüb.

Maliyyə qurumu Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyini 100% azaldıb.

İl ərzində “Bank VTB Azərbaycan”ın balans kapitalı isə 42,85% artaraq 55,043 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 6,2 dəfə artaraq 315,815 milyon manata çatıb.