“BANK RESPUBLİKA”NIN SAHİBİNİN OĞLU QƏFİL ÖLDÜ – Aneflaktik şok keçiribbackend

“Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlu vəfat edib. “Report” xəbər verir ki, hadisə ötən gün Bakı şəhəri Məmməd Araz küçəsi 2 ünvanında qeydə alınıb.

Belə ki, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra aneflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı demokrat.az saytı yayıb.

***

“Bank Respublika”nın sahibi Natiq Quliyevin 15 yaşlı oğlu qəfil dünyasını dəyişib. “Demokrat.az”-a istinadən xəbər verir ki, bu gün gecə saatlarında Natiq Quliyevin oğlunun hərarəti yüksəldiyi üçün evə təcili tibbi yardım çağırılıb. Həkimlərin ilkin müdaxiləsi olsa da, gənci xilas etmək mümkün olmayıb.

Hazırda Bakının Məmməd Araz küçəsi 4 ünvanında – Azərbaycan Mətbuat Şurasının binası önünüdə Natiq Quliyevin 17 yaşlı oğlu ilə vida mərasimi keçirilir. Mərasimə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və digər bank rəhbərləri qatılıblar.

Qeyd edək ki, N. Quliyev 2016-2017-ci illərdə Bank Respublikanın Müşahidə Şurasının sədri olub. 2017-ci ildən bankın Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır.

Allah rəhmət eləsin!