“Bank Respublika” vətəndaşa ayrılan dövlət yardımını kreditə yönəldib-ŞİKAYƏTbackend

“Bank Respublika” vətəndaşa ayrılan dövlət yardımını kreditə yönəldib-ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyimiz kimi ölkə başçısı İlham Əliyev pandemiya dövründə vətəndaşlara diqqət və qayğı nümayiş etdirir. Lakin ölkədə elə banklar var ki,onlar ölkə başçısından fərqli mövqe tuturlar,vətəndaşlara qarşı  özbaşınalıq edirlər. Belə banklardan biri də  adı tez-tez mətbuatda mənfi mənada hallanan “Bank Respublika”dır.  Tia.az saytına müraciət edən Masallı şəhər sakini İbrahimova Sifeyra Məmməd qızı da “Bank Respublika”dan şikayət  edənlərdən biridir.

Masallı şəhərində sahibkarlıq fəaliyyətilə məşğul olan Sifeyra xanımın  Tia.az-a bildirdiyinə görə o artıq bir neçə ildir ki, “Bank Respublika”nın Masallı rayon filialından götürdüyü kreditə görə hər ay həmin banka pul  ödəyib. Lakin hal-hazırda ölkədə xüsusu karantin rejiminin tədbiqi ilə bağlı çoxları kimi onun da iş fəaliyyəti dayandığı üçün o mart, aprel aylarında kredit borcumu ödəyə bilməyib.

Vergi ödəyicisi olduğu üçün Vergilər Nazirliyi prezidentin məlum sərəncamına əsasən işləməyən sahibkarlara dəymiş zərərə yardım məqsədi ilə  onun hesabına da  250 manat vəsait köçürüb.. Ancaq əmin  pulu 22 aprel 2020-ci il tarixində həmin pulu “Bank Respublika”-nın Masallı Rayon filialından almaq üçün banka getdikdə maraqlı vəziyyətlə qarşılaşıb. Belə ki, bankdan ona bildiriblər ki, həmin pul onun gecikmiş kredit borcuna  ödənilib.

Sifeyra İbrahimova

Sifeyra İbrahimova dövlət tərəfindən ona ayrılan pulun kredit borcuna  ödənilməsinə etiraz etsə də həmin pulu ona verməyiblər. Əməkdaşımız məsələ ilə bağlı “Bank Respublika”nın qaynar xəttinə zəng edərək məsələni aydınlaşdırmağa çalışıb. Bankın qaynar xəttindən bildirdilər ki, “həmin pul kreditinizə ödənilə bilməz, araşdırıb, sizinlə əlaqə saxlayacağıq”. Bir neçə saatdan sonra isə zəng edib, deyiblər ki, “vətəndaş öz istəyi ilə ərizə yazıb, sənədin altına imza ataraq həmin pulun banka olan kredit borcuna ödənilməsinə razılıq verib”.

Biz saytımızda işıqlandırmaq məqsədilə həmin sənədin surətini istəsək də  bank bu sənədi verməkdən imtina etdi ki,bu da bankın açıqlamasının növbəti yalan olmasını göstərir.

TİA.AZ