“Bandotdel” Sumqayıtda əməliyyat keçirdi: Saxlanılan varbackend

“Bandotdel” Sumqayıtda əməliyyat keçirdi: Saxlanılan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıt sakinindən odlu silah və patronlar götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini Ə.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan iki ədəd bıçaq aşkarlanıb. Ona məxsus “Niva” markalı avtomobilə baxış zamanı isə oradan “AK-74” markalı avtomat, patron sandığı və 27 ədəd patron aşkar edilərək götürülüb.
Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.