Tribuna İnformasiya Agentliyi

Balıqqulağı toplamağa görə həbs – Qəribə qadağalar

24 Dekabr

Dünyanın ayrı-ayrı ölkələrinə gedərkən ehtiyatlı olmaq lazımdır. Bəzən adi görünən bir davranış həbsə səbəb ola bilər.

Eurasia Diary xəbər verir ki, Avstraliya və Yaponiya kimi dünyanın ən inkişaf etmiş ölkələrində turistlər də daxil olmaqla, hər kəs üçün kifayət sərt qədər qadağa var.

Bu qadağalar içində adi dərmanlardan tutmuş sendiviç yeməyə qədər bir sıra qəribə yasaqlar mövcuddur.
Tailandda balıqqulağı toplamaq, balıq bəsləmək və kart gəzdirmək, Avstraliyada kobud dildə danışmaq, Sinqapurda başqasının vay-fayına icazəsiz bağlanmaq və Yaponiyada pasportu olmadan evdən çölə çıxmaq qadağandır.

Bu qadağaları pozanları müvafiq maddələr üzrə həbs gözləyir.

Dünyanın fərqli ölkələrində ən geniş yayılmış qadağaları özündə əks etdirən fotoları təqdim edirik: