Tribuna İnformasiya Agentliyi

Balıqlar balıqçı gəmisinə hücum çəkdi – VİDEO

02 Avqust

Tayvanda maraqlı bir hadisə yaşanıb. 31 yaşlı Lu Jinqvai balıq ovlamaq üçün gəmisilə yola çıxıb.

O, sahil yaxınlığında anidən balıqların hücumuna məruz qalıb. Kameralara düşmüş kadrlarda minlərlə balığın gəmiyə tullanması aydın görülür.

Minval.İnfo xəbər verir ki, həmin balıqlar yırtıcı balıq sürüsünün hücumuna məruz qaldıqları üçün sahilə yaxınlaşıb.

Balıqların hücumuna məruz qalan Lu Jinqvai videoda “bu çox qorxuludur” deyə qışqırır.