Balıqçılara xəbərdarlıq edildibackend

Balıqçılara xəbərdarlıq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balıqların kürüləmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna tətbiq edilən moratoriumun (müvəqqəti qadağa) müddəti sentyabrın 1-də bitir.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi birgə məlumat yayıb.

Hər iki qurum sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə etməlidirlər.

Qeyd edək ki, ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunan sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Ov qaydalarının pozulmasına, balıq və digər su bioresurslarının qanunsuz tutulmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.

Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı “ASAN” Xidmət Mərkəzinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidirlər.

Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməlidir, həmçinin ovlanan balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.