Balıq tutarkən boğulan qazinin də meyiti TAPILDI – VİDEObackend

Balıq tutarkən boğulan qazinin də meyiti TAPILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lökbatanda balıq tutarkən boğulan digər şəxsin meyiti də tapılıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Qeyd olunur ki, iyulun 28-də axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən ikinci şəxsin – Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbə sakini 1971-ci il təvəllüdlü Zöhrabov Sübhan Yədulla oğlunun meyiti batdığı yerdən təqribən 20 km aralıda aşkar edilib.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu meyiti dənizdən çıxararaq aidiyyəti üzrə təhvil verib.

Qeyd edək ki, balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən hər iki şəxsin axtarışında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və üç ədəd texnikası iştirak edib.