Tribuna İnformasiya Agentliyi

Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib

11 May

İTV Yayım Şurasının mayın 11-də keçirilən iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib. Bu barədə İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının məlumatında deyilir.

Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Balakişi Qasımov 20 oktyabr 1978-ci ildə anadan olub. Beynəlxalq “Kim? Harda? Nə vaxt?” elitar oyunlar klubunun Azərbaycanda aparıcısı və baş prodüsseridir, Gametv.az prodüser mərkəzinin rəhbəridir.

Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.

2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə “Kim? Harda? Nə vaxt?” oyununun idman variantı üzrə dünya çempionu olub.

TİA.AZ