Tribuna İnformasiya Agentliyi

Balaca ölkə Rusiyaya meydan oxudu

30 Aprel

Estoniya bundan sonra Moskva ilə güc diliylə danışacaq.

Axar.az xəbər verir ki, bunu “Sidney Morninq Herald” qəzetinə müsahibəsində Estoniya Xarici İşlər naziri Sven Mikser deyib.

“Biz Rusiyanın son 10 il ərzində iki qonşusuna qarşı hərbi əməliyyat həyata keçirdiyini görmüşük. Bunlar kifayət qədər qorxulu misallardır. 21-ci əsrdə Avropada siz öz siyasi məqsədlərinə çatmaq üçün hərbi gücündən istifadə edən ölkə görürsünüz. Rusiya ilə dialoqu güc diliylə qurmaq lazımdır”, – deyə o bildirib.