“BAKUBUS” VÜSAL KƏRİMLİDƏN NİYƏ ALINDI? – TƏFƏRRÜATbackend

“BAKUBUS” VÜSAL KƏRİMLİDƏN NİYƏ ALINDI? – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakubus” MMC-nin Bakı Nəqliyyat Agentliyindən alınaraq İnvestisiya Holdinqinə verilməsinin səbəbi məlum olub. TİA.Az-ın xəbərinə görə, BNA paytaxtda ictimai nəqliyyatın təşkilini gözlənilən səviyyədə həyata keçirə bilməyib və ölkə rəhbərliyini qane etməyib. Qurumun sədri Vüsal Kərimlinin “Bakubus” avtobuslarının ölkəyə gətirilməsi və xəttə buraxılması işində yol verdiyi nöqsanlar siyasi rəhbərliyə məruzə olunub.

Ona görə MMC BNA-dan alınaraq müstəqil sahibkarlıq subyekti kimi fəaliyyət göstərir. Son zamanlar dövlət rəhbərliyinin V.Kərimli qarşısında qoyduğu öhdəlikləri yerinə yetirə bilməməsi narazılıq yaradıb. Bu qurumun səlahiyyətlərindən biri olan dayanma – durma cərimələrinin yazılması işinin bir qisminin Dövlət Yol Polisinə bir daha verilməsi də göstərir ki, ölkə rəhbərliyi BNA-dan narazıdır, etimadı doğrultmur. Əldə etdiyimiz xəbərə görə, yaxın zamanlarda Bakı Nəqliyyat Agentliyində dəyişikliklər ediləcək, səlahiyyətləri daha da azaldılacaq.

TİA.Az