“Baku Electronics” şirkəti məhkəmədə müştəriyə uduzdu – FOTObackend

“Baku Electronics” şirkəti məhkəmədə müştəriyə uduzdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Electronics” şirkətini məhkəməyə verən müştərinin şikayəti təmin edilib. Bu barədə şikayətçi sosial şəbəkə hesabında məlumat yayıb. Avtosfer.az xəbər verir ki, Mirsübhan Mirzəliyev adlı müştəri “Baku Electronics”-dən telefon alıb. Lakin aldığı malı 14 gün ərzində yenidən mağazaya qaytarmaq istəsə də, onun müraciəti təmin edilməyib. O, daha sonra bu barədə məhkəməyə müraciət edib. M.Mirzəliyevin başına gələnləri öz dilindən olduğu kimi təqdim edirik:
“Yəqin ki, hər birimiz istehlakçı hüquqlarının pozulması halları ilə qarşılaşmışıq.
Bu dəfə eyni hal mənim başıma gəldi. Belə ki, “Baku Electronics”-dən aldığım telefonu 1 həftə sonra dəyişmək və ya geri qaytarmaq istədikdə şirkət min bir bəhanə gətirərək heç bir halda bunu etməycəyini bildirdi. Halbuki telefon istifadə olunmamışdı, hətta nömrə belə taxılmamışdı.
Şirkət nümayəndələrinə öz rəsmi saytlarında  “14 gün ərzində məhsulun dəyişdirilməsi və geri qaytarılması” ilə bağlı verdikləri zəmanəti, eləcə də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 15-ci maddəsini xatırlatsam da heç bir xeyri olmadı. Hətta şirkətin müştəri xidmətləri bölməsi ilə də əlaqə saxlayıb, bildirdim ki, mənim müştəri tarixçəmə baxsınlar. Düşündüm ki, bu boyda şirkətin yəqin ki, bir loyallıq proqramı var və sadiq müştərilərinə qarşı daha anlayışla yanaşarlar. Amma heç bir cəhdimə məhəl qoyulmadı. Təbii ki, ölkənin ən böyük elektronika mağazasının istelakçı hüquqlarını bu şəkildə açıq aşkar pozması və heç bir şeyə məhəl qoymaması ilə barışa bilməzdim. Nə isə eləmədim tənbəllik “Baku Electronics”-i verdim məhkəməyə. Nəhayət 2 aylıq Məhkəmə prosesindən qalib ayrıldım və hakim iddiamı təmin etdi”.

M.Mirzəliyev bildirir ki, bundan sonra “Baku Electronics”-in istehlakçı hüquqlarına və müştəri məmnuniyyətinə daha həssas yanaşacağına ümid edirəm.