Tribuna İnformasiya Agentliyi

“Baku Bus”un avtobusunda unutdulan əşyalar FOTOLAR

07 Dekabr

Toy dəvətnaməsi, ad günü diski, rentgen şəkli, açar, uşaq çantaları, çətirlər, şəxsiyyət vəsiqələri, tələbə biletləri, xarici pasportlar, pulqabıları, hətta ərəb şeyxinin telefonu… 

Toy dəvətnaməsi, ad günü diski, rentgen şəkli, açar, uşaq çantaları, çətirlər, şəxsiyyət vəsiqələri, tələbə biletləri, xarici pasportlar, pulqabıları, hətta ərəb şeyxinin telefonu…

Bunlar “Baku Bus”ın inzibati binasında saxlanılan, sərnişinlərin avtobusda unutduqları itən əşyaların sadəcə bir hissəsidir.

TİA.AZın məlumatına görə, “Baku Bus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Priyev bildirib ki, “Baku Bus” fəaliyyətə başladığı gündən etibarən avtobusların salonunda sərişinlərin unutduqları əşyaları saxlayır. Təbii ki, əşya digər sərnişinlər tərəfindən götürülməyibsə: “Avtobusda qalan əşyalar sonuncu dayanacaqda dispetçer tərəfindən götürülür və göndərilir “Baku Bus”ın inzibatı binasına. Binaya gəldikdən sonra həmin əşyalar qeydiyyata alınır, nömrələnir. Nisbətən kiçik ölçüdə olan əşyalar inzibati binanın özündə, daha böyük əşyalar isə “Baku Bus”ın anbarında saxlanılır. İtmiş əşyalar nömrələri ilə birlikdə kompüterdə qeydiyyatdan keçir. Əşyasını itirən şəxs zəng etdiyi zaman onu tapmaq bu şəkildə daha asan olur.

Eyni zamanda, “Baku Bus”ın qaynar xəttində (*4242) itmiş əşyalarla bağlı bölmə yaradılıb. Əşyasını itirən şəxslər 24 saat fəaliyyət göstərən qaynar xəttə müraciət edə bilərlər”.

Əgər siz də “Baku Bus”da əşyanızı itirmisinizsə,  24 saat fəaliyyət göstərən (*4242)  qaynar xətti ilə əlaqə saxlayıb, onu tapa bilərsiniz.