Bakıya gələ biləcək komandalar dəqiqləşdi – AVRO-2020backend

Bakıya gələ biləcək komandalar dəqiqləşdi – AVRO-2020

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AVRO-2020-nin 1/8 final mərhələsinin daha bir cütü bəlli olub.

TİA.AZ xəbər verir ki, qrup üçüncülərindən rəqibi bilinən ilk komanda Çexiyadır.

D qrupunda 3-cü yeri tutan komanda 1/8 finalda Niderlandla görüşəcək. Bu matç iyunun 27-də Budapeştdə təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu cütün qalibi iyulun 3-də Bakı Olimpiya Stadionuna 1/4 finalda meydana çıxacaq. Niderland – Çexiya cütünün qalibi bir gün öncə meydana çıxacaq Uels – Danimarka matçında bəlli olacaq.