Bakıya bir ayın yağıntısı bir gündə yağıbbackend

Bakıya bir ayın yağıntısı bir gündə yağıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Umayra Tağıyeva: “Qarın ən kəskin dövrü geridə qaldı”

Bakıda bir sutka ərzində düşən yağıntının miqdarı aylıq norma miqdarına yaxınlaşıb.

Bunu TİA.AZ-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O qeyd edib ki, yağıntı dünən axşamdan başlayıb və təxminən 24 saat ərzində qeydə alınıb:

“Hazırda bəzi yerlərdə arabir də olsa qar yağır, lakin artıq güclü deyil. Bu gecə qar səngiyəcək. Ən kəskin dövr geridə qaldı. Lakin gecə mənfi 9 dərəcə şaxtaya görə fevralın 25-i gecə və səhər yollar buz bağlayacaq”.