Bakının Qala divarları restorana çevrilir – AÇIQLAMAbackend

Bakının Qala divarları restorana çevrilir – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Kiçik Qala küçəsində Qala divarlarına zərər yetirən tikinti işlərinin aparılması haqqında yayılan məlumatlara aydınlıq gətirib.

İdarədən verilən açıqlamada qeyd olunub ki, ötən ilin sonundan etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsi həyata keçirilir.

Əlavə edilib ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə, şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli, qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.

“Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir”, – məlumatda qeyd edilib.