Tribuna İnformasiya Agentliyi

“Bakının küçələrində gəzərkən ağlayıram” deyən dünya şöhrətli azərbaycanlı… – FOTOLAR

15 Fevral

Fransanın məşhur aktyoru, “Fəxri legion” ordenli Rober Osseyn (Robert Hossein)1927-ci il 30 dekabrda Paris şəhərində dünyaya gəlib. Atası Əminulla Hüseynov Özbəkistanın Səmərqənd şəhərində azərbaycanlı tacir ailəsində doğulub. Ölkədəki çevrilişdən sonra ailə Fransaya müharicət edib.

Roberin uşaqlığı çətin keçib, bu, ailənin maddi durumuyla bağlıydı. Əminulla Hüseynov restoranlarda ifaçılıq edir, həyat yoldaşı Anna isə rus mühacir teatrında səhnəyə çıxırdı. Əlbəttə, bütün bu səylər ailəni çətinliklərdən qurtarmırdı. Məktəbin haqqının ödəyə bilmədiyi üçün balaca Rober dəfələrlə oxuduğu internatları dəyişməli olur. Onun təhsildə elə də uğurları olmayıb.

Rober tənhalığa çəkilməyi, bir kənarda oturub həyətdə, küçədə baş verənləri, insanları müşahidə etməyi sevirdi. Bəlkə də sonradan onu sənətə gətirən məhz müşahidə edə bilmək qabiliyyəti olub. O, insanları düşündürən həyati problemlərə, onların hisslərinə, qayğılarına biganə deyildi. Əlbət, ona görə ki, Roberin özü də bu qayğıların içində böyüyürdü. Atasının sənətə olan marağı Roberə də keçib.

R.Osseyn 15 yaşında teatrda akyorluq, daha sonra rejissorluğa başlayıb. Onun jan Deplaunun “Suvenir” filmindəki debütü uğurlu sayıla bilməzdi, odur ki, o heç nəylə yadda qalmadı. Lakin Rober ruhdan düşmədi və özünə olan inamı onu irəliyə apardı.

Daha sonra “Kim bilir?”, “Barbarella” və “Don Juan-73” filmlərində çəkilir. Sənətçi bununla yanaşı öz filmlərini də ərsəyə gətirir. Ən məşhur 5 seriyalı “Anjelika” filmində rol aldığı Cefri De Polkardır obrazıdır. Ekran işi Avropa ölkələrində, eyni zamanda SSR-idə tamaşaçılar tərəfindən sevilir. Onun rejissorluğu ilə çəkilən “Səfillər” isə ən məşhur filmidir. “Dovildə itkin düşmüş” Roberin ekran əsərləri arasında sonuncusudur.

Roberin paytaxtımız Bakı ilə bağlı xatirələri də var. Belə ki, o, 2014-2015-ci illərdə ölkəmizə səfər edib.

Sənətçi Azərbaycanda təşkil edilən “Avropa Oyunları”nın məşəldarı olub və “bu möhtəşəm tədbirin məşəlini gəzdirməkdən qürur duydum” – sözlərini qeyd edib. O, ölkəmizə heyran olduğunu deyib və bu sevginin Robertə atasından keçdiyini söyləyib:

“Həsəd apardığım ölkənin- Azərbaycanın oğluyam. Bakıya ilk baxışdan aşiq oldum. Buranın küçələrini, xüsusilə İçərişəhəri gəzərkən hər zaman ağlayıram. Ölkənin bütün qədim tarixini hiss edirəm, gözlərim dolur”…
Minval.info