Bakının işğaldan azad edilməsi münasibətilə hərbçilərin yürüşləri təşkil olunacaqbackend

Bakının işğaldan azad edilməsi münasibətilə hərbçilərin yürüşləri təşkil olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10.00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.
Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakıda keçiriləcək yürüşlərə iki istiqamətdən – Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.