BAKININ İRƏVANA JESTİ: MOSKVASIZ DANIŞIQLAR BAŞLAYA BİLƏR – ŞƏRHbackend

BAKININ İRƏVANA JESTİ: MOSKVASIZ DANIŞIQLAR BAŞLAYA BİLƏR – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hazırda dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur. Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edir. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir.
TİA.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov açıqlayıb. Nazirin sözlərindən aydın olur ki, iki ölkə Rusiyanın iştirakı olmadan təkbətək müzakirələrə başlaya bilər.
Ermənistanda yeni hökumət formalaşandan sonra Paşinyan ikitərəfli danışıqlara razılıq versə, artıq Moskvaya ehtiyac olmadan müzakirələrin başlanması mümkündür.

Siyasi ekspert Ramiyə Məmmədovanın bildirdiyinə görə, Azərbaycan növbəti dəfə Ermənistana jest etdi. Onun fikrincə, İrəvan Bakının bu çağırışına pozitiv reaksiya bildirsə, artıq regionda normal ikitərəfli müzakirələr realdır.
“Rusiya növbəti dəfə prosesdən kənarda qala bilər. Necə ki Ağdamın mina xəritələrinin verilməsi və 15 erməni əsirin qaytarılması Moskvanın iştirakı olmadan, Gürcüstanın vasitəçiliyi ilə baş tutdu. Bu, Qərbin ilk cəhdi idi. İndi də Bakı-İrəvan Kremlsiz iş görməyə hazırlaşa bilər. Əgər sülh müqaviləsini bağlamağa tərəflər razıdırsa, indidən müəyyən addımlar atılmalıdır”, – deyə ekspert vurğulayıb.

TİA.Az