Bakının bu ünvanında evlər sökülür – Sakinlərə ayda 350 AZN kirayə haqqı veriləcəkbackend

Bakının bu ünvanında evlər sökülür – Sakinlərə ayda 350 AZN kirayə haqqı veriləcək 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nizami rayonunda bəzi yaşayış binalarının sökülməsinə başlanılıb.

TİA.az Trend-ə istinadən xəbər verir ki, bu, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadır.

Həmin binadan artıq sakinlər tam köçürülüb.

1960-ci ildə istifadəyə verilən və indiyədək 90 ailənin yaşadığı bina yaşayış üçün tam yararsız olduğundan söküləcək və yerinə müasir standartlara cavab verən yeni bina tikiləcək.

Həmçinin proses davam edənədək 90 ailənin 2 il müddətində aylıq 350 manat kirayə haqqı qarşılanacaq.

Qeyd edək ki, ərazidəki 11 bina mərhələli şəkildə söküləcək. İlkin mərhələdə 4, növbəti mərhələdə isə 6 bina söküləcək.