Tribuna İnformasiya Agentliyi

Bakının bu rayonuna Heydər Əliyevin adının verilməsi təklif olundu

13 Fevral
“Təklif edirəm ki, Bakının Qaradağ rayonunun adı dəyişdirilərək, Ulu Öndər Heydər Əliyevin şərəfinə adlandırılsın”.
TİA.AZ  olke.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə “Ələt azad iqtisadi zonası” haqqında qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib.
O bildirib ki, həm eks-prezident Heydər Əliyevin, həm də prezident İlham Əliyevin Qaradağ rayonunun sosial-iqtisadi inkişafında  önəmli rolu olub:
“Ona görə də təklif edirəm ki, Heydər Əliyevin anadan olmasının 95 illiyi illiyi ələqdar Qaradağ rayonununun Heydər Əliyev rayonu adlandırılsın”.