Bakının bu rayon prokurorlarına müavinlər təyin edildibackend

Bakının bu rayon prokurorlarına müavinlər təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prokurorluq orqanlarında yeni kadr təyinatları olub.

TİA.AZ-ın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kənan Əliyev Nəsimi rayonunun prokuror müavini vəzifəsinə təyin edilib.

Baş prokurorun digər imzaladığı müvafiq əmrlə Vüqar Hüseynov Suraxanı rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.