“Bakımənzilavtomat”ın sabiq rəisi barəsində cinayət işi başlanıbbackend

“Bakımənzilavtomat”ın sabiq rəisi barəsində cinayət işi başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş İlham Hüseynova cinayət işi açılıb.

İ. Hüseynov mənimsəmədə təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 179.2.1-ci (mənimsəmə, qabaqcadan əlbir olan bir qrup tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

İ. Hüseynov barəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatdırılıb və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İslam Əliyevin icraatına verilib.

Qeyd edək ki, bundan əvvəl “Bakı Lift Təmir-2» İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanov, “Lifttəmir” İstehsalat Birliyində (İB) müxtəlif vəzifələrdə çalışmış Əhməd Hüseynov, “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Taryel Qasımov, “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Üzeyir Aslanov barəsində cinayət işi açılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.