Bakıdan regionlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcəkbackend

Bakıdan regionlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakıdan regionlara gedəcək sərnişinlərdən COVID pasportu tələb edilməyəcək.

TİA.AZ xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

“Sərnişinlər yalnız avtovağzal stansiyalarına daxil olduqda onların hərarətləri yoxlanılacaq. Hər hansı sərnişində narahatlıq yaranarsa və yaxud hərarəti yüksək olarsa, o, avtostansiyalarda olan tibb məntəqələrinə yönləndiriləcək”, – deyə o, qeyd edib.”Artıq BBAK-da və 56 regional avtovağzalda sərnişindaşıma ilə bağlı hazırlıq işlərinə start verilib. Avtovağzalın ərazisi, avtobuslar, bilet kassaları, sərnişin gözləmə zalları dezinfeksiya olunur”, – deyə DANX rəsmisi əlavə edib.