Tribuna İnformasiya Agentliyi

Bakıdakı məşhur otelin sahibi qarət edildi – 100 min dollar və açıq-saçıq şəkillər

05 May
Qadın xaker amerikalı model, aktrisa, müğənni və biznesmen Peris Hiltonun hesablarını sındırıb.
O, 100 min dollardan çox pul və onun açıq-saçıq şəkillərini oğurlayıb. Bu barədə TMZ nəşri məlumat yayıb.
O, biznesmen xanımın “iCloud” hesabına giriş əldə etməyi bacarıb.
Xüsusi halda, cinayətkar qurbanının kredit kartlarının məlumatlarını oğurlayıb. Fırıldaqçı, həmçinin, Hiltonun profilindən onun köməkçisinə elektron məktub yazaraq, hesabına 80 min dollar köçürməsini xahiş edib.
Bundan başqa, o, Peris Hiltonun açıq-saçıq şəkillərini də ələ keçirib, lakin onları dərc etməyib.
Perisin atası Rik Hilton və bacısı Nikki də kiberhücumun qurbanı olub.
Nəşrin məlumatına görə, müstəntiqlər cinayətkarın izinə düşüblər və o, həbs olunub. Qadın xakerə qarşı bank dələduzluğuna görə məhkəmə işi bazar ertəsinə elan olunub. Prokurorlar həbs cəzasının 57 ay olmasını və təxminən 318 min dollar mənəvi və maddi ziyanın ödənilməsini məsləhət görürlər. (Yenicag.az)