Tribuna İnformasiya Agentliyi

Bakıda zibillikdən yeni doğulmuş körpə tapıldı

12 Dekabr

Bakıda zibillikdən yeni doğulmuş körpə tapılıb. 

Bakıda zibillikdən yeni doğulmuş körpə tapılıb.


Hadisə Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi 49 nömrəli binanın qarşısında qeydə alınıb.

Belə ki, binanın qarşısındakı məişət tullantıları qutusunda Mənzil Komunal İstismar Sahəsinin əməkdaşları körpəyə rast gəliblər. Onun qız olduğu müəyyən olunub. Körpə aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Daha sonra o, “Təcili yardım” maşını ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Məlum olub ki, körpənin göbəyi də kəsilməyib, o bir-günlükdür. Hazırda körpə instutun reanimasiya şöbəsindədir. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

(report)