Bakıda yerləşən bu parkda insanların həyatı üçün təhlükə var -VİDEObackend

Bakıda yerləşən bu parkda insanların həyatı üçün təhlükə var –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən parkda insanların həyatı üçün təhlükəli vəziyyət yaranıb.

TİA.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər hər gün gəldikləri parkın şəraitindən narazıdırlar.

Onlar bildirirlər ki, dəfələrlə parkın taxtası çıxmış oturacaqları, qəzalı əyləncə vasitələri və sınmış zibil qabları ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər. Lakin heç nə dəyişməyib.

Parkdakı təhlükəli vəziyyət yalnız əyləncə vasitələri ilə bağlı deyil. Ərazidən keçən elektrik naqilinin yaydığı cərəyanı uşaqlar dəfələrlə atraksionda hiss ediblər.

Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, yaxın vaxtlarda parkda yenilənmə işləri görüləcək və bu zaman mövcud çatışmazlıqlar aradan qaldırılacaq. Parkın ərazisindən keçən elektrik naqili ilə bağlı isə “Azərişıq”dan “Xəzər Xəbər”ə bildirilib ki, problem araşdırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: